14:24 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
5920

Keçən il Fransa prezidenti bildirib ki, Alyans hərbi-siyasi blok daxilində koordinasiyanı tamamilə itirib. Makron bu vəziyyəti NATO-nun "beyin ölümü" kimi səciyyələndirib.

BAKI, 23 iyun — Sputnik. Türkiyə və Fransa freqatları arasında baş vermiş insident NATO-nun "beyin ölümü"nün sübutudur. Sputnik Azərbaycan "France 24" telekanalına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

İyunun 10-da Liviya sahilləri yaxınlığında Fransa freqatı Türkiyə gəmisinin ekipajını silah qaçaqmalçılığında şübhəli bilərək gəmiyə tərəf üzməyə çalışıb. Parisin iddiasına görə, bu an digər üç Türkiyə hərbi gəmisi freqatı hədəfə alıb və gəminin yoxlanılması tələblərini yerinə yetirməkdən imtina edib.

Fransa bunu təcavüzkar davranış kimi qiymətləndirib. Türkiyə öz növbəsində ittihamları rədd edərək, fransalı hərbçilərin təhlükəli manevrlər etdiyini, Türkiyə gəmilərinin isə radarlardan onları hədəfə almaq üçün yox, müşahidə etmək üçün istifadə etdiyini bildirib.

Keçən il Fransa prezidenti bildirib ki, Alyans hərbi-siyasi blok daxilində koordinasiyanı tamamilə itirib. Makron bu vəziyyəti NATO-nun "beyin ölümü" kimi səciyyələndirib.

Bu fikir Alyans iştirakçısı olan ölkələrin liderlərinin kəskin reaksiyasına səbəb olub. Belə ki, ABŞ Prezidenti Donald Tramp Fransa liderinin sözlərini "hörmətsizlik təzahürü" adlandırıb. Hərbi-siyasi blokun Baş katibi Yens Stoltenberq NATO-nun razılığa gəlməyə qadir olduğunu vurğulayaraq bu sözlərə etiraz edib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə bu sözlərin fonunda Makrona "öz beyinini yoxlamaq" məsləhətini verib. Bu bəyanatdan sonra Türkiyə səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

Əsas mövzular