Bakıda futuristik keçid istifadəyə verildi - FOTO

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджанской Республики Ильхам Алиев в Хатаинском районе
Президент Азербайджанской Республики Ильхам Алиев в Хатаинском районе  - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır

BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa olunan bu keçid paytaxtda yeni piyada keçidlərinin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsidir.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında
Bakıda futuristik keçid istifadəyə verildi - FOTO - Sputnik Azərbaycan
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında

Yeni inşa olunan piyada keçidi Heydər Əliyev Parkının yaxınlığında yerləşir. 2000-ci ildə salınan və həmin il açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi bu park rayon sakinlərinin ən sevimli istirahət məkanıdır.

Qeyd edək ki, bu keçidin inşasına qədər ərazidə piyadalar üçün çox böyük çətinliklər olurdu. Onlar xüsusən günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Bundan başqa, piyadaların bu ərazidə yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olurdu. Beləliklə, ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdılar. Yeni keçidin inşası bütün bu problemləri həll edib. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb. Bu qurğunun inşası qısa müddətə, eyni zamanda, yüksək keyfiyyətlə aparılıb. Yeni keçid müasir görünüşü ilə fərqlənir.

© Official website of President of Azerbaijan RepublicNeapol küçəsindəki yerüstü piyada keçidi
Bakıda futuristik keçid istifadəyə verildi - FOTO - Sputnik Azərbaycan
Neapol küçəsindəki yerüstü piyada keçidi

Avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə hərəkətin intensiv olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına xüsusi diqqət yetirilir. Son dövrlərdə paytaxtda bu istiqamətdə görülən işlərə nəzər salsaq, bunun şahidi olarıq. Belə ki, 2018-2019-cu illərdə Bakıda və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi istifadəyə verilib. 2020-ci ilin əvvəlindən indiyədək paytaxtda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində və Neapol küçəsində yerüstü piyada keçidləri inşa olunub.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Xətai rayonunda keçidin açılışında
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında - Sputnik Azərbaycan
1/5
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Xətai rayonunda keçidin açılışında
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında - Sputnik Azərbaycan
2/5
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında
© Official website of President of Azerbaijan RepublicNeapol küçəsində yerüstü piyada keçidi
Neapol küçəsindəki yerüstü piyada keçidi - Sputnik Azərbaycan
3/5
Neapol küçəsindəki yerüstü piyada keçidi
© Official website of President of Azerbaijan Republic
Neapol küçəsindəki yerüstü piyada keçidi - Sputnik Azərbaycan
4/5
© Official website of President of Azerbaijan Republic
Neapol küçəsindəki yerüstü piyada keçidi - Sputnik Azərbaycan
5/5
1/5
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında
2/5
İlham Əliyev Neapol küçəsindəki yerüstü piyada keçidin açılışında
3/5
Neapol küçəsindəki yerüstü piyada keçidi
4/5
5/5

Hazırda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və digər ərazilərdə piyada keçidlərinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa, bir neçə yerdə isə bu cür qurğuların tikintisi davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev görülən işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

Xəbər lenti
0