21:26 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
33901

"Araşdırma nəticələrilə bağlı müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".

BAKI, 22 iyun — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") koronavirusdan müalicə alan xəstələrə laqeyd münasibət göstərilməsi məsələsinə münasibət bildirib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, hazırda həmin görüntülər araşdırılır:

"Araşdırma nəticələrilə bağlı müvafiq tədbirlər görüləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, yayılan görüntülərdə KTM-də müalicə alan xəstə gün ərzində cəmi bir ədəd üzəri çin dilində yazılı olan adi qrip əleyhinə olan dərman preparatı verildiyini və həkimlərin maraqlanmadığını, ümumiyyətlə həkim üzü görmədiyini iddia edir.

Əsas mövzular