07:13 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
98 0 0

Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədilə sui-istifadə hallarının qarşısının alınmasıdır.

BAKI, 19 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyəti ilə məşğul olan şəxslərə pandemiya dövrü ilə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan-a BNA-dan daxil olan məlumatda bildirilir ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir.

Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədilə sui-istifadə hallarının qarşısının alınmasıdır. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır.

Əsas mövzular