CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası keçirilir – Gündəlikdə 17 məsələ var

Abunə olmaq
"Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında" və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

 

BAKI, 19 iyun — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

Milli Məclisin Sədri Sahibə Qafarova - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışdılar

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

İlk olaraq "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

"Məhkəmə-Hüquq Şurası haqqında", "Mediasiya haqqında", "Yol hərəkəti haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "İcra məmurları haqqında", "Telekommunikasiya haqqında" qanunlarda, İnzibati Xətalar, Cinayət məcəllələrində, "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişikliklərə baxılacaq.

"Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət qulluğu haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0