Həftəsonu məhdudiyyətləri pozanlar həbs edilə də bilər

© Sputnik / Murad OrujovСотрудники МВД проводят контроль за соблюдением специального карантинного режима в Баку
Сотрудники МВД проводят контроль за соблюдением специального карантинного режима в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qadağalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunun sakinlərinə aiddir.

BAKI, 5 iyun — Sputnik. "Məhdudlaşdırmaya məhəl qoymayaraq, şənbə və bazar günü evdən çıxanlar cərimələnə, hətta həbs edilə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək.

Bu qadağalar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon sakinlərinə aiddir.

K.Əliyev qeyd edib ki, müəyyən icazə olan şəxslər istisna olmaqla iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.

Xəbər lenti
0