Hərbi Dəniz Qüvvələrinin Xəzərdə keçirdiyi təlim başa çatıb - VİDEO

© AR Ministry of DefenceHərbi Dəniz Qüvvələrinin taktiki təlimi
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi - Sputnik Azərbaycan
Abunə olmaq
Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilən siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırolma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib.

BAKI, 29 aprel — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Üç mərhələdən ibarət təlimin birinci mərhələsində verilən siqnala əsasən birləşmə və hərbi hissələrin xəbərdar edilməsi, sualtı diversiya əleyhinə qüvvə və vasitələrin döyüşə hazırolma vəziyyətinə gətirilməsi tədbirləri icra edilib. İkinci mərhələdə siqnala əsasən sualtı diversiya əleyhinə qüvvələrin əməliyyat rayonlarında açılması və sualtı diversiya əleyhinə müdafiə tapşırıqları, həmçinin neft-qaz infrastrukturunun mühafizəsi əməliyyatları yerinə yetirilib. Üçüncü mərhələdə döyüş atışları icra olunduqdan sonra gəmilər dislokasiya məntəqələrinə qayıdıb.

© AR Ministry of DefenceТактические учения ВМС Азербайджана
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi - Sputnik Azərbaycan
1/3
Тактические учения ВМС Азербайджана
© AR Ministry of DefenceТактические учения ВМС Азербайджана
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi - Sputnik Azərbaycan
2/3
Тактические учения ВМС Азербайджана
© AR Ministry of DefenceТактические учения ВМС Азербайджана
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi - Sputnik Azərbaycan
3/3
Тактические учения ВМС Азербайджана
1/3
Тактические учения ВМС Азербайджана
2/3
Тактические учения ВМС Азербайджана
3/3
Тактические учения ВМС Азербайджана

Təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.

Xəbər lenti
0