CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir nəfər həbs olunub, 40 nəfər cərimələnib - Operativ Qərargah

© Sputnik / Irade JELILBakıda polis və daxili qoşunların əməkdaşları vətəndaşlara evdə qalmalarını məsləhət görürlər
Bakıda polis və daxili qoşunların əməkdaşları vətəndaşlara evdə qalmalarını məsləhət görürlər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu günə qədər karantin qərarını pozaraq polis postlarından keçməyə cəhd edən 12 nəfər inzibati həbs olunub, 1242 nəfər isə inzibati cərimə edilib"

BAKI, 2 aprel — Sputnik. "İndiyədək fəaliyyəti dayandırıldığı halda 41 nəfər karantin qərarını pozaraq obyektinin fəaliyyət göstərdiyi aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransınsa Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini polis polkovniki Əziz Baqişov deyib.

O, bildirib ki, bu günə qədər polis orqanları gücləndirilmiş rejimdə çalışır, amma bəzi vətəndaşlar karantin qaydalarını pozmağa cəhd edirlər: "Onlardan 1 nəfər inzibati həbs olunub, 40 nəfər cərimələnib. Bununla yanaşı, bu günə qədər karantin qərarını pozaraq polis postlarından keçməyə cəhd edən 12 nəfər inzibati həbs olunub, 1242 nəfər isə inzibati cərimə edilib".

Xəbər lenti
0