"İmperator" koronavirusa qalib gəldi

© AFP 2023 / Gent SHKULLAKUFatih Terim
Fatih Terim - Sputnik Azərbaycan
Abunə olmaq
Klub rəsmisi Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını və tezliklə xəstəxanadan evə buraxılacaqlarını bildirib.

BAKI, 30 mart — Sputnik. Türkiyə "Qalatasaray" klubunun koronavirusa yoluxan vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi "İmperator" ləqəbli Fatih Terim sağalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə klubun idarə heyətinin üzvü Tunc Üner sosial şəbəkə hesabında paylaşım edib. O, Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını və tezliklə xəstəxanadan evə buraxılacaqlarını bildirib.

Xatırladaq ki, ötən gün Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin də koronavirusa yoluxduğu açıqlanıb.

Xəbər lenti
0