20:08 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
33 0 0

Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  19 mart — Sputnik. Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gündür davam edir. Havanın temperaturu xeyli aşağı düşüb. Bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

Sputnik Azərbaycan xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10-12 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
  • Qaxda qar
    © Sputnik / Shahperi Abbasova
1 / 7
© Sputnik / Shahperi Abbasova
Qaxda qar

Şəkinin də bəzi dağ kəndləri bu gün ağ örpəyə bürünüb. Yerli fermerlər bildirirlər ki, yağan qarın ardınca şaxta olarsa, meyvə ağaclarının çiçəklərinə zərər vura bilər. Nəticədə məhsuldarlıq aşağı düşə bilər.

Əsas mövzular