Koronavirus: İtaliya ölü sayına görə Çinə yaxınlaşır, Avropa qapıları bağladı

© REUTERS / David W CernyЧеловек в защитном костюме в центре Праги
Человек в защитном костюме в центре Праги - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa prezidenti koronavirusun yayılmasının qarşısını almaq üçün Avropa Birliyinin və Şengen zonasının sərhədlərinin 30 gün müddətinə bağlanacağını bildirib

BAKI, 17 mart — Sputnik. Dünya üzrə koronavirusa yoluxmuşların sayı 182407-yə çatıb. Sputnik Azərbaycan Cons Hopkins Universitetinə (Johns Hopkins University) istinadən xəbər verir ki, koronavirus dünya üzrə ümumilikdə 7154 nəfərin ölümünə səbəb olub, 79433 nəfər sağalıb. 

Медицинский работник в инфекционном отделение, фото из архива - Sputnik Azərbaycan
Cərimə olunacaqlar: Avstriya koronavirusa görə məhdudiyyətlər tətbiq etdi

Koronavirusun ilk qeydə alındığı Çində xəstələrin ümumi sayı 81051 nəfərə çatıb, 3230 xəstə dünyasını dəyişib, 68777 nəfər sağalıb.

İtaliya hələ də Avropada koronavirus pandemiyasından ən çox zərər görmüş ölkə olaraq qalır. Belə ki, bu ölkədə xəstəliyə yoluxmuş 27980 nəfərdən 2158-i dünyasını dəyişib, 2749 xəstə sağalıb. Digər bir Avropa ölkəsi Fransada isə 6652 nəfər xəstəliyə yoluxub. Onlardan 148-i vəfat edib, 12-si sağalıb.

Avropa ölkələri koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görməyə başlayıblar. RİA Novosti xəbər verir ki, martın 16-da Fransa Prezidenti Emmanuel Makron koronavirusun yayılmasının qarşısını almaq üçün Avropa Birliyinin və Şengen zonasının sərhədlərinin 30 gün müddətinə bağlanacağını bildirib. 

Bu arada cənub qonşumuz İranda 853 nəfər koronavirusun qurbanı olub. Ölkədə bu xəstəliyə 14991 nəfər yoluxub, onlardan 4996-sı sağalıb. Yaponiya hökuməti İrana koronavirusla mübarizədə yardım göstərmək üçün bu ölkəyə 2,5 milyard yen (təxminən 23,5 milyon dollar) ayıracaq. “NHK” telekanalı xəbər verir ki, bunu Yaponiyanın Xarici İşlər naziri Motegi Tosimitsu deyib. 

Xəbər lenti
0