CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri intensivləşdirilib

© Baku Transport AgencyDezinfeksiya işləri, arxiv şəkli
Dezinfeksiya işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat Mübadilə Mərkəzində əsasən vətəndaşların gün ərzində təmasda olduğu avadanlıq və qurğular gözləmə zalları dezinfeksiya edilir.

BAKI, 13 mart — Sputnik. Bakı Nəqliyyat Agentliyinin Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri davam etdirilir. BNA-nın Mətbuat Katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri intensivləşdirilib. İşlər artıq həftədə 2 dəfə olmaqla gecə saatlarında həyata keçirilir. Nəqliyyat Mübadilə Mərkəzində əsasən vətəndaşların gün ərzində təmasda olduğu avadanlıq və qurğular gözləmə zalları dezinfeksiya edilir.

Bundan əlavə hər gün gecə saatlarında istehsalat bazalarında da daşıyıcılar tərəfindən müvafiq olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar dezinfeksiya olunur. Artıq gündəlik 2100 avtobusun mütəmadi olaraq dezinfeksiyası aparılır. 20 şirkət tərəfindən isə 3 minə yaxın taksi-minik avtomobili dezinfeksiya olunub və bu işlər davam etdiriləcək. Nəqliyyat Mübadilə Mərkəzində virusdan qorunmaq üçün gözləmə zalları xüsusi dezinfeksiyaedici dərman məhlulları ilə təmin olunub. Sərnişinlərin sanitar-gigiyenik maarifləndirilməsi məqsədilə Nəqliyyat Mübadilə Mərkəzində gün ərzində xüsusi elanlar səsləndirilir.

Xəbər lenti
0