16:15 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
75 0 0

Qurumun mətbuat katibi Rəvanə Əliyeva bu gün Ağdaşda İrandan gələn vətəndaşın səhhətində yaranan problemə də aydınlıq gətirib

BAKI, 28 fevral — Sputnik. "Sərhədi keçənlərdə xəstəliklə bağlı simptomlar yoxdursa, biz onları məcburi saxlaya bilmərik". Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə TƏBİB-in rəsmisi Yaqut Qarayeva bu gün koronavirusla bağlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın üzlərinin birgə keçirdiyi brifinqində deyib.

"Biz sadəcə olaraq onlara məlumatlandrıcı broşur paylayırıq ki, 14 gün ərzində diqqətli olsunlar, bacardıqları qədər körpələrdən, yaşlı, daha həssas təbəqədən uzaq olsunlar", - deyə o əlavə edib.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva isə bu gün Ağdaşda İrandan gələn vətəndaşın səhhətində yaranan problemə də aydınlıq gətirib: "Həmin şəxs huşunu itirərək yıxılıb. Bundan sonra həmin şəxs xəstəxanaya yerləşdirilib, bəlli olub ki, onda heç bir xəstəlik əlaməti yoxdur".

Əsas mövzular