CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada iki yeniyetmə oğurluq edib

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub.

BAKI, 24 fevral — Sputnik. Qubanın Qələdüz kəndində bağ evində oğurluq olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Quba rayon sakini İskəndər Hacıyev cari ilin fevral ayının 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus rayonun Qələdüz kəndi ərazisində yerləşən bağ evinə naməlum şəxslərin oğurluq məqsədilə daxil olduqları barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə qanunsuz daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı məlum olub.

RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlinin rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub. Həmin yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı onlar evə oğurluq niyyəti ilə daxil olduqlarını və tutduqları əməldən peşmançılıq çəkdiklərini bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0