CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhşətli virusdan ölənlərin sayı durmadan artır

© REUTERS / ATHIT PERAWONGMETHAСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Çzen İsin bildirib ki, fevralın 11-i bütün ölkə ərazisində 1716 tibbi işçisi yeni növ koronavirusun formalaşdırdığı pnevmoniyaya yoluxub ki, bu da ümumilikdə bu xəstəliyə yoluxanların 3,8%-ni təşkil edir.

BAKI, 18 fevral — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 72 436 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 1 886 nəfər ölüb.

Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin sədrinin müavini Çzen İsin bildirib ki, fevralın 11-i bütün ölkə ərazisində 1716 tibbi işçisi yeni növ koronavirusun formalaşdırdığı pnevmoniyaya yoluxub ki, bu da ümumilikdə bu xəstəliyə yoluxanların 3,8%-ni təşkil edir: "Çox təəssüf ki, onlardan 6-sı vəfat edib, bu göstərici isə ümumi xəstəlikdən ölənlərin 0,4%-ni təşkil edir".

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Xəbər lenti
0