İngilislər Bakı stadionlarına baxış keçirdilər

© Sputnik / Murad OrujovБакинский олимпийский стадион
Бакинский олимпийский стадион - Sputnik Azərbaycan
Abunə olmaq
Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

BAKI, 14 fevral — Sputnik. İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olublar. Sputnik Azərbaycan xəbər verir ki, komandanın meneceri Stüart Broun, səyahət meneceri Kelli Broun, mühafizə xidmətinin rəhbəri Toni Konniford və mühafizə xidmətinin əməkdaşı Stiv Lüisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb. İngiltərə millisinin təmsilçiləri "Hilton" otelinə, Bakı Olimpiya Stadionuna, "Bakcell Arena"ya və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.

© © AFFAİngiltərə milli komandasının nümayəndələri Bakıda stadionlara baxış keçiriblər
İngilislər Bakı stadionlarına baxış keçirdilər - Sputnik Azərbaycan
İngiltərə milli komandasının nümayəndələri Bakıda stadionlara baxış keçiriblər

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.

Xəbər lenti
0