03:18 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
17 0 0

"Azərbaycanda elə zonalar var ki, orada yod çatışmazlığı var. Yod çatışmazlığının olması isə böyüməkdə olan nəslin qida rasionunda dəyişiklik edilməlidir" - Qoşqar Təhməzli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "1 206 uşaq bağçasında yoxlamalarımız bitib, təxminən 300-ə yaxın uşaq bağçasında isə yoxlamalarımız davam edir. Monitorinqlər yekunlaşdıqdan sonra biz istər həyata keçirilən tədbirlər, istərsə də, bundan sonra uşaq bağçalarında qidalanmanın tənzimlənməsi, qida rasionunun tətbiqi ilə əlaqədar ictimaiyyətə açıqlama verəcəyik".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib. O, yod çatışmazlığı ilə bağlı olaraq isə bunları deyib: "Ölkənin yod xəritəsi çıxarılmalıdır və müəyyənləşdirilməlidir ki, yod çatışmazlığı nələrdə var. Azərbaycanda endemik zonalara görə qida rasionlarının tətbiqi məsələsi gündəmə gələ bilər".

"Çünki Azərbaycanda elə zonalar var ki, orada yod çatışmazlığı var. Yod çatışmazlığının olması isə böyüməkdə olan nəslin qida rasionunda dəyişiklik edilməlidir", - deyə o əlavə edib.

Əsas mövzular