11:01 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
332 0 0

"Mən artıq iki il yarımdır ki, Azərbaycandayam və hər gün ölkənizin iqtisadi inkişafı baxımından yeni nəsə eşidirəm".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. "Mən artıq iki il yarımdır ki, Azərbaycandayam və hər gün ölkənizin iqtisadi inkişafı baxımından yeni nəsə eşidirəm". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O vurğulayıb ki, Azərbaycanın gələcəyi, Azərbaycan və Avropa İttifaqı əlaqələri baxımından bu layihənin böyük əhəmiyyəti var: "Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran ölkələrdir. Avropa İttifaqı, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini, töhfəsini verir".

Yankauskas qeyd edib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsindədir: "Bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə çıxacaq".

Əsas mövzular