04:57 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
80 0 0

Çində artıq 3 nəfər koronavirusdan ölüb, 198 nəfər isə virusa yoluxub, Yaponiyada da bir nəfərin xəstəliyə yoluxduğu qeyd edilir

BAKI, 20 yanvar — Sputnik. Cənubi Koreyada naməlum mənşəli sətəlcəm hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (KCDC) təşkilatından bildirilib.

Daha əvvəl rəsmi Seul ölkədə oxşar simptomları olan ilk xəstə aşkarlandıqdan sonra Çindən yeni bir koronavirus haqqında məlumat istəmişdi. Buna baxmayaraq, müayinədən sonra həmin şəxsin xəstəliyinə yeni bir virusun səbəb olmadığı müəyyən edilmişdi.

Cənubi Koreyada bu xəstəliyə ilk yoluxan şəxs İnçxon aeroportunda aşkarlanıb. Uxandan gələn həmin şəxs Çin vətəndaşı olub. Karantin müayinəsi zamanı qadının yüksək temperaturdan əziyyət çəkdiyi müəyyən edilib. Cənubi Koreya hakimiyyəti onun hazırda karantində olduğunu və müalicə aldığını bildirir.

Çinə gəldikdə isə burada artıq 3 nəfər koronavirusdan ölüb, 198 nəfər isə virusa yoluxub.

Yaponiyada da bir nəfərin xəstəliyə yoluxduğu qeyd edilir.

Müəyyən edilib ki, yeni koronivirus hava-damcı yolu ilə insandan insana keçə bilər.

Xatırladaq ki, naməlum pnevmoniya ilk dəfə ötən ilin axırında Uxanda meydana gəlib. Bundan sonra Çin alimləri müəyyən ediblər ki, xəstəliyə 2019-nCoV koronovirusu səbəb olur.

Əsas mövzular