Aysel Əlizadəni yenə hirsləndirdilər: "İnsanlara güvənə bilməzsən"

Abunə olmaq
“Dəfələrlə şahidi olmuşam: dost deyib, canım, bacım, quzum deyib arxadan elə murdar işlər çevirən pis varlıq var ki, onlardan uzaq olmaq lazımdır”

BAKI, 14 dekabr — Sputnik. Çox zaman adı qalmaqallarda hallanan müğənni Aysel Əlizadə yeni paylaşımı ilə yenidən gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki müğənni öz "Instagram" səhifəsində insanlara inamının qalmadığını bildirib: "Ağaca güvənə bilərsən. Çünki bilirsən ki, alma ağacı alma, ərik ağacı ərik verir. Heyvanlara güvənə bilərsən, çünki şir şir kimi davranır, meymunluq etməz. Ata güvənə bilərsən, çünki bilirsən ki, at yorulsa da, yara alsa da, öz sahibini sonadək mənzilinə çatdırar, sadiqdir. Amma insanlara güvənə bilməzsən. Zira onlar, üzünə gülümsərkən, arxasında xəncər saxlayan tək varlıqdır! Dəfələrlə şahidi olmuşam: dost deyib, canım, bacım, quzum deyib arxadan elə murdar işlər çevirən pis varlıq var ki, onlardan uzaq olmaq lazımdır. Bu həyatda heç kimə güvənməyəcəksən. Məsafə. Bu yazımı oxuyanda anlayacaq kimin haqda danışıram. Bəli, sən ağıllı ol!!! Deyir, dəvə girib kolluğa elə bilir ki, heç nə bilmirik, görmürük".

Xəbər lenti
0