Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakılılar Türkiyə filmlərinə pulsuz baxa biləcəklər

Abunə olmaq
Nizami Kino Mərkəzində "5. Türk Filmləri Həftəsi – Bakı" nın açılış mərasimi keçiriləcək, 4 gün filmlər nümayiş olunacaq

BAKI, 22 noyabr — Sputnik. Noyabrın 25-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, “Yerli Düşünce Derneği"nin, TİKA agentliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "5. Türk Filmləri Həftəsi – Bakı"nın açılış mərasimi keçiriləcək.

Зрительный зал кинотеатра, архивное фото - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda kino həftəsi - Bakıdan Şəkiyədək

Sputnik Azərbaycan xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutacaq açılış mərasiminə Türkiyədən gələn AKP Ordu Millət vəkili və “Yerli Düşünce Derneği”nin Baş Direktoru Metin Gündoğdu, "Locman" filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorlar Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, "Çakallarla Dans 5" filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla Irmak, "Kapan" filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, "Annem" filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, "Star" qəzetinin mədəniyyət-sənət redaktoru Bedir Acar, Türk Filmləri Həftəsinin layihə assistenti Fatma Gezer və Türk Filmləri Həftəsinin Baş koordinatoru Öner Kılıç qatılacaqlar.

Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın "Locman" bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Film Həftəsi ərzində, bu ayın 26-da "Locman" filmi ilə yanaşı saat 19:00-da "Kapan", ayın 27-də saat 17:00-da "Annem", 19:00-da "Çakallarla dans 5", ayın 28-də saat 17:00-da "Çakallarla dans 5", 19:00-da "Kapan", 29-da saat 17:00-da "Rafadan Tayfa", 19-00-da "Annem" bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Xəbər lenti
0