17:32 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Şamaxıda yük maşını dərəyə yuvarlanıb

Şamaxıda yük maşını dərəyə yuvarlanıb – Sürücü ölümcül vəziyyətdə tapılıb

© APA
XƏBƏRLƏR
Qısa URL
41 0 0

Xaçmaz sakini olan sürücü Təhmasib Musayev zərbənin təsirindən avtomobildən çıxaraq 20 metr kənara düşüb

 

BAKI, 7 noyabr — Sputnik. Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb.

Şamaxıda yük maşını dərəyə yuvarlanıb
Şamaxıda yük maşını dərəyə yuvarlanıb

Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ölümcül vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular