MDB-yə sədrlik Özbəkistana keçəcək - Lebedev

© Sputnik / Nina Zotina / Mediabanka keçidИсполнительный секретарь СНГ Сергей Лебедев, фото из архива
Исполнительный секретарь СНГ Сергей Лебедев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr - Sputnik. "Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurasının praktik fəaliyyəti davamlı olaraq çoxsahəli hərbi əməkdaşlığın inkişafına töhfə verir.

S.Lebedev qeyd edib ki, MDB Müdafiə Nazirlərinin hər bir görüşü MDB ölkələrinin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqlarının olduğunu göstərir.

"Buna nümunə olaraq bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin olmasıdır".

İcraiyyə Komitəsinin sədri vurğulayıb ki, gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək və bunu MDB dövlət başçılarının şurasının iclası gələn ilin oktyabrında bu ölkədə keçiriləcək.

Xəbər lenti
0