15:56 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
Bakıda nəqliyyatın hərəkəti

Təkəri ayağa dəyişmək - Bakıda buna kim razı olacaq?

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
500 0 0

İnsanların daha çox addımlaması, yenidən sağlam həyatına qovuşması üçün bir çox şəhərlər avtomobilsiz həyatı seçirlər. Bəs Azərbaycan necə, buna hazırdırmı?

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Proqnozlara görə, yaxın 100 ildə avtomobillər şəhər həyatında dominantlıq edəcək və bununla da rahat hərəkət etmək, təmiz hava almaq imkanı məhdudlaşacaq. Bu səbəbdən də dünyanın bir sıra aparıcı ölkələri şəhərin mərkəzi hesab edilən yerlərdə avtomobillərin, avtobusların hərəkətini məhdudlaşdırmaq üçün müxtəlif layihələr hazırlayırlar. Məqsəd - parkinq yerləri və avtomobil dayanacaqlarını aradan qaldıraraq onları yaşıllıqlar, uşaqlar üçün nəzərdə tutulan parklar, oyun meydançaları ilə əvəzləməkdir. Artıq mürəkkəb infrastruktura malik olan bir sıra şəhərlərdə bu layihə icra olunub.

Burada digər vacib məqsəd isə avtomobillərin havaya ötürdükləri zərərli qazların həcmini azaltmaqdır. Nəqliyyat üzrə ekspertlər belə hesab edirlər ki, qəzalar daha çox şəhərin mərkəzində baş verdiyi üçün bu addımla ölümlərin də sayını azaltmaq mümkün olacaq.

Bu layihəni icra etmək etmək istəyən bir sıra şəhərlərin icra hakimiyyətləri İtaliyanın Venesiya modelini özləri üçün nümunə seçiblər. Bundan başqa, artıq Norveçin paytaxtı Oslo, İspaniyanın paytaxtı Madrid də digər şəhərlərə gözəl nümunə yaradıblar. Oslo İcra Hakimiyyəti belə bir addımın atılmasının səbəbini əhalinin yenidən küçələrə çıxmasını təmin etməklə izah edir. Məqsəd isə bu küçələrin heç də avtomobillər üçün deyil, əhalinin rahat gəzməsi üçün nəzərdə tutulduğunu göstərməkdir.

Azərbaycanda da bənzər addımın atılmasının mümkünlüyü haqda Sputnik Azərbaycan-a danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, bunun üçün bir şəbəkənin formalaşmasına gərək var: "Bu mexanizm o şəhərlərdə tətbiq olunur ki, orada təkmil şəkildə işləyən ictimai nəqliyyat sektoru var. İctimai nəqliyyat sektorunda təmsil olunan nəqliyyat növləri bir-birinə inteqrasiya olunur. Bunun üçün şəxslərin öz avtomobillərindən istifadə etmələri mütləq deyil".

Materik tezliklə dəmir yolu ilə birləşəcək: Bakıda yaşayıb Romada işləyəcəyik>>

"Lakin Azərbaycanda bu baş verərsə, nə ola bilər? Məsələn, düşünün ki, bir nəfər mənzil başına çatmaq üçün bir neçə nəqliyyat növü dəyişməlidir, yoxsa bir? Dünyadakı praktikaya görə, əsasən bir, yaxud da iki marşrutdan istifadə etməklə təyinat ünvanına çatmaq effektiv hesab edilir", - deyə o əlavə edib.

A.Allahverənovun sözlərinə görə, bu məsələ mexaniki olaraq həllini tapa bilməyəcək: "Bunun üçün kompleks yanaşmaya və bir-birinə inteqrasiya olunan nəqliyyat növlərinə ehtiyac var. Bundan başqa, bir şəxs şəhərə avtomobilsiz daxil olmaq üçün avtomobilini mühafizə olunan yerlərdə saxlamalıdır. Bu isə o deməkdir ki, avtomobillərin mühafizəsi üçün müəyyən yerlər olmalıdır. Bundan başqa, şəxsin avtomobilini şəhərin girişində qoyaraq bir ünvana çatması üçün 3 marşrut dəyişməsi düzgün deyil".

"Bu layihə Bakı şəhərində o zaman reallaşacaq ki, bir-birinə inteqrasiya olunmuş ictimai nəqliyyat sektoru formalaşsın. Bu addım da əhali üçün iqtisadi baxımdan sərfəli olmalıdır", - deyə o əlavə edib.

Ekspert avtobusların da mərkəzdə fəaliyyətinin məhdudlaşdırılmasının yarada biləcəyi problemlərdən danışıb: "Avtobusların mərkəzdə hərəkəti məhdudlaşdırılarsa, bu zaman sərnişin nə ilə, necə getməlidir sualı yaranır. Bir şəxsin avtomobilini qoyaraq şəhərə daxil olması üçün ona alternativ yollar verilməlidir. Bunun üçün yeni metropoliten stansiyaları istifadəyə verilməlidir. Bu şəxslərə alternativlər verilməsə, heç kəs şəhərə girişdə avtomobilindən imtina etməyəcək".

Nəqliyyat üzrə digər ekspert Hüseyn Abdullayev isə Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, bu gün bir çox şəhərlər avtomobildən asılılığını azaltmaq üçün müəyyən addımlar atır: "Bunun üçün bəzi şəhərlərin mərkəzi küçələrində "car free"yə, yəni avtomobilsiz həyata keçid olub. Azərbaycanda da mərkəz ərazilərdə "car free"ni tətbiq etmək mümkündür".

"Bu gün Bakının müəyyən hissələrində avtomobillərin hərəkətini dayandırmaq lazımdır. Bəşir Səfəroğlu kimi mərkəzi küçələrdən birində, yaxud da Qış Parkından Fəvvarələr meydanı arasında olan məhəllələrin avtomobilə giriş-çıxışı tamamilə bağlana bilər. Fəvvarələr meydanı və Neftçilər prospekti arasında olan tarixi məhəllələrdə də avtomobillərin giriş-çıxışının məhdudlaşdırılması həmin ərazilərin potensialına da müsbət təsir edəcək", - deyə o əlavə edib.

O deyir ki, bunun üçün mərkəzi küçələrdə parklanma yerləri yığışdırılmalıdır.

Ekspertlər əsas çıxış yolu kimi şəhərin mərkəzində tramvay yollarının bərpasını göstərirlər.

Əlaqədar

Proqram var, şərti yox, bəs maşını ilə vidalaşanı nə ilə ovudacaqlar?
Piyadalara şad xəbər - yeni keçidlərin yeri bəlli oldu
Bakının dərdi var, Bakı xəstədir...Paytaxtı necə xilas etməli?
"Yeddi gözəl"ə aparmayan yol: şəlalənin adını eşit, üzünü görmə
İki təkər üstündəkiləri "təkərə salanlar" - Barselona deyilik ki...

Əsas mövzular