İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 25 sentyabr — Sputnik. Bakının müxtəlif rayonlarında 17 qəzalı bina söküləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq sərəncamında qeyd edilib.
Siyahıya görə, aşağıdakı ünvanlarda yerləşən binalar kəskin qəzalı vəziyyətdə olduğu üçün söküləcək:
1. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ağasadıq Gəraybəyli küçəsi, 41
2. Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A
3. Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150
4. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51
5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6
6. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27
7. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2
8. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A
9. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi , ev 8A
10. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 18
11. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi, 13Q
12. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi, 15
13. Bakı şəhəri, Suraxanı rayonu, Park küçəsi, 32
14. Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə döngə 17, ev 15
15. Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küçəsi, 6
16. Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küçəsi, 8
17. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 42.
Qəzalı binalarda olan vətəndaşların köçürülməsi Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına gerçəkləşəcək. Bina sakinlərinə kompensasiyanın ödənilməsi və onların köçürülməsi müvafiq icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi, 42 ünvanında söküləcək bina yataqxana binasıdır. Pilot layihə əsasında yataqxananın yerində bina tikiləcək və sakinlər həmin binada mənzillə təmin ediləcəklər.
Qeyd edək ki, artıq bəzi rayonlarda sakinlərin köçürülməsi prosesinə başlanılıb.