17:18 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Avropa İttifaqı

Aİ rəsmisi: "Azərbaycanla mühüm sazişi imzalamağa çox yaxınıq"

© REUTERS / Francois Lenoir
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Bu saziş Azərbaycanın nəqliyyat habına çevrilməsinə yardım edəcək

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. "Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinə dair danışıqların yekun mərhələsi aparılır". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib.

Səfir qeyd edib ki, Avropa İttifaqı Şurasının sədri Donald Tuskun Azərbaycana bu günlərdə baş tutan səfəri onun sədr kimi regiona son səfəri idi: "Prezident Tuskun 2015-ci ildə Azərbaycana əvvəlki səfərindən bəri Azərbaycan və Avropa İttifaqı ilə əlaqələr daha da möhkəmlənib. Prezident İlham Əliyevlə görüş zamanı o, qeyd etdi ki, Aİ və Azərbaycan arasında əməkdaşlıq müsbət dinamikaya malikdir və biz bu bəyanatla tam razıyıq".

Yankauskas vurğulayıb ki, hazırda Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar yekun mərhələdədir: "Biz, həmçinin hazırda Avropa İttifaqı və Azərbaycan arasında aviasiya sazişini də aktiv şəkildə müzakirə edirik. Bu saziş üzrə də danışıqlarda yaxşı irəliləyişlər əldə olunub. Ötən il biz, həmçinin Azərbaycanla təhlükəsizlik və nəqliyyat sahəsində də dialoqa başlamışıq. Biz, eyni zamanda gələcəkdə əməkdaşlığımızın əsasını təşkil edən Avropa İttifaqı - Azərbaycan tərəfdaşlığın Prioritetlərinə dair də saziş imzalamışıq. Avropa İttifaqı Azərbaycanın ən böyük tərəfdaşı və Azərbaycana ən çox investisiya yatıran tərəfdaş olaraq qalmaqdadır. Bu il keçirilən Aİ - Azərbaycan biznes forumunda rekord sayda - 800 nümayəndə iştirak etdi".

Səfir eyni zamanda qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla Aviasiya sazişini imzalamağa çox yaxındır: "Hazırda biz Azərbaycan tərəfindən təkliflər gözləyirik. Bu sazişin imzalanması Azərbaycanda rifahın, turizmin inkişafına, həmçinin ölkənin nəqliyyat habına çevrilməsinə yardım edəcək. Bu məsələdə ləngimə, yubanma turizmin və regional əməkdaşlığın inkişafı üçün qaçırdılmış imkandır".

Əsas mövzular