21:24 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
 Koçaryan

Yerevan məhkəməsi Koçaryanın haqlarının pozulduğunu etiraf etdi

© Sputnik / Aram Nersesyan
XƏBƏRLƏR
Qısa URL
29 0 0

Məhkəmə sabiq prezidentin vəkilinin işi üzrə müstəntiq Muşeqyanın işdən kənarlaşdırılması ilə bağlı iddianı təmin etməyib

BAKI, 7 iyun — Sputnik. Yerevanın Şenqavit Rayon Ümumi Məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkillərinin onun mülkünə qoyulmuş həbslə bağlı ərizələrini qismən təmin edib. Sputnik Ermənistan xəbər verir ki, məhkəmə onun hüquqlarının qismən pozulduğuna dair qərar çıxarıb.

Qeyd edək ki, daha əvvəl sabiq prezidentin vəkili Ovannes Hudayan 30 iyul 2018-ci ildə Koçaryanın mülkünə və bank hesablarına qoyulan həbs qərarından şikayət verib.

Buna baxmayaraq, məhkəmə sabiq prezidentin vəkilinin işi üzrə müstəntiq Muşeqyanın işdən kənarlaşdırılması ilə bağlı iddianı təmin etməyib. Məhkəmə müəyyən edib ki, Koçaryanın mülkünə həbs qoyulması onun hüquqlarının pozulmasıdır. Lakin iş üzrə yekun qərarın verilməsi əsas işə baxan məhkəməyə saxlanılıb.

Bu işə isə hakim David Qriqoryan baxır və məhz onun sədrliyi ilə mayın 18-i Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib. Sabiq dövlət başçısının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə hakim David Qriqoryan R.Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib.

Qeyd edək ki, bu il mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb. 

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.

Əlaqədar

Köçəryan tərəfdarlarının daha bir cəhdi uğursuz oldu
Köçəryan Paşinyanı devirmək üçün istifadə edəcəyi strukturun adını çəkdi
Köçəryan təslim olmaq niyyətində deyil
Teqlər:
məhkəmə, Robert Koçaryan, Ermənistan

Əsas mövzular