BAKI, 1 iyun - Sputnik. Dünyadakı tısbağa növlərinin üçdə birindən çoxu məhv olma təhlükəsi altındadır. Bunun əsas səbəbi insanların tısbağaları ovlamasıdır. Lakin məlum olub ki, təkamül baxımından insanın qohumları olan şimpanze meymunları da tısbağa əti yeyirlər.
Sputnik Azərbaycan xəbər vreir ki, ilk dəfə olaraq bu faktı Maks Plank Cəmiyyətinin Təkamül Antropologiyası İnstitutu və Osnabrük Universitetinin tədqiqatçıları qeydə alıblar. Təxminən iki il ərzində primatoloq Tobias Deşnerin başçılıq etdiyi komanda Qabondakı Loanqo Milli parkında şimpanzelərin davranışını izləyib.
Tədqiatçılar meymunlarda əvvəllər məlum olmayan qida əldə etmək strategiyasını müşahidə ediblər. Belə ki, şimpanzelər tısbağaları ovlayaraq onları ağaca çırpmaqla zirehlərini qırırlar. Zireh qırıldıqdan sonra meymunlar tısbağanı yeyirlər.
Maraqlıdır ki, şimpanzelər tısbağaların daha yumşaq olan qarın zirehini (plastron) qırırlar. Plastron tısbağanın bel zirehinə nisbətən yumşaqdır.
"Biz bilirdik ki, şimpanzelər müxtəlif heyvanların ətini yeyirlər, lakin indiyədək sürünənlərin ətini yediklərini müşahidə etməmişdik", – Deşner bildirib.