BAKI, 18 may — Sputnik. Kanadalı millət vəkili Şue Montqomeri qadınların, yoxsa kişilərin daha çox danışdığını sübut etmək üçün maraqlı üsula əl atıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, deputat bunun üçün ictimai yerlərin birində şərf hörməyə başlayıb.
O, qadınlar danışmağa başlayarkən, yaşıl sapdan, kişilər danışmağa başlayarkən isə, qırmızı sapdan istifadə edib. Nəticədə qırmızı sap ümumi şərfin 80 faizini təşkil edib.