01:03 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
 Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin nəticəsini elan etdikdən sonra tribunadan gedir

Ərdoğanın başı dərddə: Gözlənilməz həmlə gəldi

© AP Photo / Lefteris Pitarakis
XƏBƏRLƏR
Qısa URL
432720

Əgər Əkrəm İmamoğlunun qələbəsi qanun pozuntusu ilə baş veribsə, onda Rəcəb Tayyib Ərdoğanın da qələbəsi qanun pozuntusu ilə baş verib.

BAKI, 8 may — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbulun bütün rayonlarında yenidən bələdiyyə seçkilərinin keçirilməsi tələbi ilə Yüksək Seçim Kuruluna (YSK) müraciət edib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçki qurumlarının formalaşmasından qanunsuzluğa yol verildiyindən İstanbulun 39 rayonunun hamısında seçkilərin nəticələrinin ləğv olunmasını istəyib.

CHP, həmçinin ötən ilin iyununda Türkiyə keçirilən prezident seçkilərinin nəticələrinin də ləğv olunmasını istəyib.

"Əgər Əkrəm İmamoğlunun qələbəsi qanun pozuntusu ilə baş veribsə, onda Rəcəb Tayyib Ərdoğanın da qələbəsi qanun pozuntusu ilə baş verib. Əgər siz İmamoğlunun mandatını ləğv edirsiniz, onda Ərdoğanın da mandatını ləğv etməli, həmçinin iyunun 24-ü səsvermə məntəqlərində vəzifə icra edən hər kəs yoxlanmalıdır. Hər iki halda eyni şərtlər və qaydalar olub. Əgər ədaləti qorumaq istəyirsinizsə, onda 24 iyun seçkilərinin nəticələrini də ləğv etməlisiniz. Biz bununla bağlı apelyasiya vermişik", - deyə CHP-nin sədr müavini Mühərrəm Erkek bildirib.

Xatırladaq ki, YSK-nın mayın 6-ı keçirilən iclasında təkrar seçkilərin keçirilməsinə qərar verilib. Qərarın lehinə komissiyanın 11 üzvündən 7-si səs verib. Digər 4 nümayəndə isə buna qarşı çıxıb.

Təkrar seçkilər iyun ayının 23-də keçiriləcək. YSK-nın açıqlamasına görə, hazırda İstanbul Bələdiyyəsinin sədri olan CHP-nin namizədi Əkrəm İmamoğluna verilmiş mandat geri alınacaq.

Cari il martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda mübarizədə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırıma qalib gəlib.

Əsas mövzular