12:26 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
383 0 0

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

BAKI, 7 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Əlaqədar

Havanı çirkləndirən restoranları bağlamaq lazımdırmı – Ekspert şərhi
Yaz gəlməyə tələsmir - May ayına olan hava proqnozu
Teqlər:
gündüz, gecə, Bakı, Abşeron yarımadası, temperatur, hava

Əsas mövzular