07:47 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb

Azərbaycan-Rusiya sərhədində nəzarət artırılıb

© DSX-nin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
59 0 0

Ərazidə baş verən texniki nasazlıq səbəbindən buraxılış rejimində ya­ranan sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib

BAKI, 18 aprel — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər çərçivəsində "Samur" dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymətləndirilməsi məqsədi ilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müd­dətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, müqabil ərazidə baş verən texniki nasazlıq səbəbindən buraxılış rejimində ya­ranan sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur" dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hökumətləri arasında imzalanan sazişə uyğun olaraq "Samur" çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

  • Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    © DSX-nin mətbuat xidməti
  • Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    © DSX-nin mətbuat xidməti
  • Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    © DSX-nin mətbuat xidməti
  • Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    Ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb
    © DSX-nin mətbuat xidməti
1 / 4

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin ərazisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilib, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qanunsuz miqrasiya və qaçaqmalçılıq məqsədi ilə dövlət sərhədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.

Xatırladaq ki, dünən Elçin Quliyev Qazax istiqamətində sərhəddəki vəziyyəti yoxlamışdı.

Əlaqədar

Erməni hərbçiləri Azərbaycanla sərhədin yaxınlığında qəzaya uğradılar
Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanla sərhədə yollanıb
Türkiyə–Ermənistan sərhədində insident – İşə rus əsgərləri qarışdı
Teqlər:
sərhəd, dövlət, Elçin Quliyev, Rusiya, Azərbaycan

Əsas mövzular