08:23 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Bakıda birinci sinfə gedən uşaq

Bu gündən birinci sinfə qəbul başlayır

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
54 0 0

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı videotəlimat hazırlanıb

BAKI, 13 mart — Sputnik. Bu gündən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu başlayır. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı videotəlimat hazırlanıb.

Videotəlimatı təqdim edirik:

Əlaqədar

Bu il məktəbə hazırlaşmaq neçəyə başa gəlir?
Birinci sinif şagirdini döyən müəllim işdən qovuldu
Birinci sinif şagirdlərinin valideynlərinə xoş xəbər
Teqlər:
təhsil naziri, birinci sinif, şagird

Əsas mövzular