23:27 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib

Abituriyentlərin nəzərinə!

© Sputnik / Nigar Maharram
XƏBƏRLƏR
Qısa URL
62 0 0

İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir

BAKI, 27 fevral — Sputnik. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçirilən onlayn sınaq imtahanlarına qeydiyyat davam edir. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumata görə, imtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat davam edir. İmtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön" terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Əlaqədar

Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edir
Dövlət İmtahan Mərkəzi sənəd qəbulu elan edir
DİM imtahan binasına girənləri yeni texnologiya ilə yoxlayacaq
Dövlət İmtahan Mərkəzi tələbə qəbulu elan edir
Teqlər:
abituriyent, Dövlət İmtahan Mərkəzi, imtahan

Əsas mövzular