10:24 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Yaşayış binasının tikintisi, arxiv şəkli

Tikinti sahəsində böyük dəyişiklik – Artıq icazə lazım olmayacaq

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
234 0 0

“Tədricən ekspertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər elektronlaşdırılacaq”

BAKI, 21 fevral — Sputnik. Bu gün Bakıda tikintiyə və istismara icazə verilməsi üzrə “Elektron müraciət sistemi”nin təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin iştirakı ilə baş tutub.

O, sistemin əhəmiyyəti barədə danışarkən onun sahibkar-məmur ünsiyyətini minimum həddə endirdiyini deyib.

“Elektron müraciət sistemi” bu gündən fəaliyyətə başlayır. 10 gün ərzində tikinti obyektlərinə texniki icazə almaq mümkün olacaq. Təsdiq edilmiş yeni qaydaya əsasən, icazə üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə endirlib. Sahəsi kiçik olan, birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan tikinti obyektlərinin isə istismarına icazə tələb olunmayacaq. Tədricən ekspertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər elektronlaşdırılacaq” - komitə rəsmisi bildirib.

Əsas mövzular