15:23 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Şimal-qərb bölgəsinə qar yağıb

Bu gün kiçik çillə çıxır

© Sputnik / Shahperi Abbasova
XƏBƏRLƏR
Qısa URL
137 0 0

Xatırladaq ki, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq

BAKI, 20 fevral — Sputnik. Bu gün Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başa çatır. Sputnik Azərbaycan xəbər verir ki, sabahdan onu Boz ay əvəzləyəcək.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək.

Martın 5-də Od, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Xatırladaq ki, Novruz bayramında 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Əlaqədar

Həftənin bu günü qeyri-iş günüdür
Qeyri-iş günlərinin sayı açıqlandı
Bu gecə Kiçik çillə qonaq gəlir
Teqlər:
Novruz bayramı, İlaxır çərşənbə, Su çərşənbəsi, son çərşənbə, çərşənbə, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Şamaxı Astrofizika Rəsədxanası

Əsas mövzular