06:53 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Sevgi məktubu

Kanadadakı kitabxanada iki yüz ilin sevgi məktubları saxlanılır

CC0 / Petra / Letters
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Bu açıqcaların 1800-ci illərdə daha da məşhurlaşaraq dünyada geniş yayıldığı bildirlir

BAKI, 15 fevral — Sputnik. Kanadada yerləşən "The Fisher Library" kitabxanası sevgi məktublarını qoruyub saxlamaqla məşhurdur.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, adıçəkilən kitabxanada 500-ədək dizaynda hazırlanan müxtəlif sevgi etiraflarının yer aldığı açıqcalar saxlanılır. Bu açıqcalar arasında xüsusən "Vineqar" adlananlar dövrünə görə çox məşhur olub. Bir qismi təxminən 200 il bundan öncə yazılan bu açıqcaların 1800-ci illərdə daha da məşhurlaşaraq dünyada geniş yayıldığı bildirlir.

"Sən mənim Valentinim ol", "Ən şirin bildiyim birinə", "Üzündəki o məsum gülüşü sevdim" kimi başlıqlı açıqcalar kitabxananı ziyarət edənlər tərəfindən də maraqla qarşılanır.

Əsas mövzular