10:48 17 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Vulkan püskürməsi, arxiv şəkli

Azərbaycanda növbəti təhlükəli təbiət hadisəsi baş verib

© Sputnik / Yury Demyanchuk
XƏBƏRLƏR
Qısa URL
285 0 0

Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib

BAKI, 13 fevral — Sputnik. Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, vulkan gecə saat 2.00-da püskürüb. 

Vulkanın səsi yaxınlıqda yaşayan insanları narahat edib, insanlar təşvişə düşüblər.

Məlumata görə, vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq, təxminən, 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.

Qeyd edək ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev Şamaxıda zəlzələdən sonra vulkanların aktivləşə biləcəyini bildirmişdi.

O qeyd etmişdi ki, zəlzələ Qobustanda "Şıxzərli", Şamaxıda "Quşçu", "Dəmirçi", "Qızmeydan" vulkanlarında aktivləşmə yarada bilər.

 

Əlaqədar

Azərbaycanda baş verən zəlzələ ilə bağlı yeni məlumat yayıldı
Ölkədə güclü zəlzələ oldu, dağıntı var
Zəlzələ nəticəsində 30 nəfər xəstəxanalıq olub
Zəlzələ ilə bağlı monitorinq aparmaq üçün işçi qrup yaradılıb
Təkrar zəlzələ gözlənilirmi - RSXM-dən açıqlama
Teqlər:
Şamaxı, zəlzələ, vulkan

Əsas mövzular