17:55 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Bakı Nəqliyyat Agentliyi

Paytaxt sakinlərinin problemlərindən biri həllini tapacaq

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
76 0 0

Ərazidə 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq

BAKI, 7 fevral — Sputnik. Nobel prospekti "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Məlumata görə, hazırda qeyd edilən ərazidə alternativlərin və əlaqələndirmə imkanlarının az olması "Nargilə dairəsi" adlanan ərazinin, o cümlədən Ramiz Quliyev küçəsinin yüklənməsinə səbəb olur: "Layihə çərçivəsində ilkin mərhələdə şəhər mərkəzindən Zığ şosesi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin "Nargilə dairəsi"nə daxil olmadan birbaşa Həzi Aslanov qəsəbəsinə və Ramiz Quliyev küçəsinə daxil olmadan Sadıqcan küçəsi vasitəsilə Məhəmməd Hadi küçəsinə və bu ərazidə yerləşən yaşayış massivlərinə çıxışı təmin ediləcək".

"Nəqliyyat yükünün paylanması, sürücülərə daha çox alternativ yolların təklif edilməsi məqsədilə Agentlik tərəfindən Zığ şosesinin Qədir Məmmədov və 823-cü keçid küçələri ilə kəsişdiyi hissələrdə də sola və ya geriyə dönmə yerləri təşkili və Ramiz Quliyev küçəsinə alternativ yeni yolun salınması da nəzərdə tutulub. Nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkət edə bilməsi üçün sola və ya geriyə dönmə yerləri svetoforlar vasitəsilə nizamlanacaq" - deyə BNA-dan bildirilib.

Əlavə olunub ki, layihənin icrası "Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq: "Bundan əlavə, kəsişmələrin svetoforla nizamlanması piyada keçidlərinin təşkilinə də şərait yaradacaq".

Əlaqədar

Paytaxtın bir hissəsində tıxac problemi həll olundu
Sürücülərin nəzərinə: Bakının böyük prospektlərinin birində tıxac var
Paytaxtın Nizami rayonu ərazisində ciddi tıxac var - FOTO
Teqlər:
avtobus, avtomobil, sıxlıq, tıxac, küçə, Nobel prospekti

Əsas mövzular