08:59 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Makron

İtaliyadan Fransaya sərt ittiham

© REUTERS / YVES HERMAN
XƏBƏRLƏR
Qısa URL
47 0 0

İki ölkə arasında gərginlik davam etməkdədir

BAKI, 29 yanvar — Sputnik. İtaliya və Fransa arasında münasibətlər gərginləşməkdə davam edir. 

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu dəfə də İtaliya Fransanı qaçqınların sayının artmasında, Afrikada aclıq və səfalət hökm sürməsində təqsirli bilib. Bu ölkəni ikiüzlü adlandıran İtaliya hökuməti illər öncə bir sıra ölkələrin siyasi arenasında baş verən hadisələrdə də Fransanın izinin olduğunu bildirib. İtaliya hökuməti Liviyada baş verən xaosda da Fransa tərəfini günahlandırıb. Bundan başqa İtaliya hökuməti ayrıca olaraq Fransanı italiyalı terroristləri mühafizə etməkdə də təqsirləndirib.

Fransa dövlət başçısı Emanuel Makron İtaliyanın dəfələrlə Fransaya "dərs" keçmək istədiyini deyərək, "bütün bunların heç bir mənası yoxdur. Onlara cavab verməyəcəyəm" – deyə qarşı tərəfə münasibət bildirib.

Əsas mövzular