15:23 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Yeni doğulmuş uşaq, arxiv şəkli

Doğulduqdan beş saat sonra övladını qucağına alan ana gözlərinə inana bilmədi

© Sputnik / Igor Zarembo
XƏBƏRLƏR
Qısa URL
74 0 0

Qadının 9 ay ərzində nəzarətində olduğu həkimlə bağlı araşdırmaya başlanılıb

BAKI, 24 yanvar — Sputnik. Türkiyədə iki ay öncə ana olan Dəniz Bulut adlı qadın övladını ilk dəfə qucağına alanda bir ayağının tamamilə, digərinin isə qismən tərs olduğunu gördükdə sarsıntı keçirib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qadın yazdığı şikayət ərizəsində davamlı olaraq həkim nəzarətində olduğunu, övladının ayağının tərs olması ilə bağlı onlara heç bir xəbərdarlıq edilmədiyini bildirib. Məhz bu səbəbdən də ailə əmin həkimə qarşı iddia irəli sürərək Türkiyənin Səhiyyə Nazirliyinə müraciət edib. Ana övladını belə gördkdə qəfil süddən kəsildiyini deyib.

“Hamiləlik dönəmində belə bilsəydim ki, övladımda bu qüsur var, yenə də abort etməz, onu tələf etməzdim. Övladımı dünyaya gətirrədirm. Amma bunu o zaman öyrənsəydim, özümü psixoloji olaraq bu duruma hazırlayardım” – deyərək qadın təzminat tələb edib. 

Qeyd edək ki, artıq qadının 9 ay ərzində nəzarətində olduğu həkimlə bağlı araşdırmaya başlanılıb.

Əsas mövzular