15:27 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Salman bin Əbdüləziz əs-Səud

Səudiyyə Ərəbistanına silah qadağası qalmaqal yaratdı

© AFP / YURI KADOBNOV
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Almaniyanın silah şirkəti olan "Rheinmetall Group" hökuməti məhkəməyə verəcəyi ilə təhdid edib

BAKI, 24 yanvar — Sputnik. Almaniyanın Səudiyyə Ərəbistana silah satışını qadağan etməsi bu ölkəni qarışdırıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistana silah satışı qadağan edildikdən sonra Almaniyanın silah şirkəti olan "Rheinmetall Group" hökuməti məhkəməyə verəcəyi ilə təhdid edib.

Qeyd edək ki, Almaniya hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra Səudiyyə Ərəbistana silah satışını qadağan edib.

Əgər embarqo davam edərsə, Almaniyanın silah şirkəti İqtisadiyyat Nazirliyini məhkəməyə verəcəkləri ilə bağlı xəbərdarlıq edib.

İqtisadiyyat Nazirliyi isə hökumətin hələ də Səudiyyə Ərəbistanına silah ixracını təsdiq etmə niyyətində olmadığını bildirib.

"Rheinmetall" rəhbərliyi itkilər üçün təzminat tələb etməməsi vəziyyətində səhmdarların şirkəti məhkəməyə verəcəklərindən qorxur. İqtisadiyyat Nazirliyinin sözçüsü isə "Rheinmetall" ilə bağlı şərh verməkdən çəkinib.

Əsas mövzular