21:25 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Emin Eminzadə

Gənc müğənni yeni kliplə görüşümüzə gəlir

© Instagram / emineminzada
XƏBƏRLƏR
Qısa URL
84 0 0

Fevral ayının 1-də klipin təqdimatı keçiriləcək

BAKI, 23 yanvar — Sputnik. Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laureatı, prezident mükafatçısı Emin Eminzadə "Treasure Me" ("Qədrimi bil") adlı yeni mahnısı ilə musiqisevərlərin görüşünə gəlib.

Emin Eminzadə açıqlamasında deyib ki, bu mahnı tək sevgililərin hisləri haqqında deyil, eyni zamanda rəqs etmək üçün əla ritmləri olan musiqidir: “Mənim karyeramda keçid rolunu oynayan musiqilərdən biri “Behind te Curtain” (“Pərdənin arxasında”) adlı mahnım olub. Bu mahnı ilə dünyanın bir çox ölkələrində tanındım. Xüsusilə ABŞ-da da sevilməyimə məhz “Pərdənin arxasında” musiqisi səbəb oldu. Amma bu yeni “Qədrimi bil” mahnısı isə fərqli olacaq”.

Emin Eminzadə açıqlamasında onu da deyib ki, “Qədrimi bil” adlı yeni mahnısının klipi də hazırdır: “Klip çəkilişləri bitib. Fevral ayının 1-də klipin təqdimatını keçirməyi planlayıram".

Mahnının musiqisi və sözləri gənc müğənni Emin Eminzadənin özünə məxsusdur. Klipin rejissoru isə Habil Quliyevdir. Klipin operatoru isə Fransada təhsil alan və hal-hazırda orada işləyən Orxan Abbasovdur. Klipdə məşhur model Diana Katova yer alıb”.

Mahnını itunes.apple.com-da təqdim olunub.

Xatırladaq ki, Emin Eminzadə Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunana Opus müsabiqələrində iştirak edib. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və təhsil alıb. Hal-hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.

Əsas mövzular