08:30 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Nəcimə Dəmirova

Azərbaycanın ən yaşlı sakinlərindən biri dünyasını dəyişdi

© Sputnik / Ilham Ahmadov
XƏBƏRLƏR
Qısa URL
193 0 0

Nəcimə nənənin arzusu bizimlə birlikdə 110 yaşını qeyd etmək idi, təəssüflər olsun ki, buna ömrü yetmədi

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Şimal regionunda ən yaşlı seçici və yaşlı şəxs kimi siyahıya düşən, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 109 yaşlı Nəcimə Dəmirova bir neçə gün öncə dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə onun böyük oğlu Zöhrab Dəmirov məlumat verib. 

Xatırladaq ki, bir əsrdən çox ömür yaşayan Nəcimə nənə ötən il keçirilən prezident seçkilərində ən yaşlı seçici kimi öz səsini vermişdir. Mətbuat orqanları neçə illər ərzində Nəcimə nənənin səsverməsini işıqlandırmaq istəsə də, o, heç vaxt buna razı olmamışdı. Amma ötən ilki seçkilərdə Nəcimə nənə Sputnik Azərbaycan əməkdaşlarının onu çəkməsinə və səsverməsini işıqladırmasına razı olmuşdu.

Nəcimə nənənin böyük oğlu Zöhrab müəllim həmin anı belə xatırlayıb: "Anam yatağa düşəndən özünə qapanmışdı. Nə heç kimi görmək, nə də eşitmək istəyirdi. Hətta musiqi səsi gələndə əsəbləşirdi. Televiziya kanallarından və saytlardan hər seçki ərəfəsində anamı çəkmək üçün müraciətlər gəlirdi. Amma o, hər dəfə təklifi rədd edirdi. Sonuncu prezident seçkilərində “səni bir qız çəkmək istəyir” dedikdə "gəlsin" deyib, razılıq verdi. Biz də şad olduq”.

Z.Dəmirov onu da qeyd edib ki, həmin reportajdan sonra anası özünü daha xoşbəxt hiss edirmiş: “Öz videosuna baxdıqdan və özü haqda olan yazını özünə oxuduğumuzdan sonra, sanki anamın həyatı dəyişdi. İstəyirdi ki, evimizdə ancaq musiqi səsi eşidilsin, evə qonaq gəlsin. Anamın qəlbini açdığınıza və ömrünün son aylarında özünü xoşbəxt hiss etdirdiyinizə görə sizə və bütün əməkdaşlarınıza ailəmiz adından təşəkkür edirik".

Nəcimə Dəmirova
© Sputnik / Leyla Abdullayeva
Nəcimə Dəmirova

Nəcimə nənənin arzusu bizimlə birlikdə 110 yaşını qeyd etmək idi. Təəssüflər olsun ki, buna ömrü yetmədi. Allahdan ona rəhmət diləyirik!

Onu da qeyd edək ki, N.Dəmirovanın 7 övladı, 38 nəvəsi, 72 nəticəsi, 10 kötücəsi var.

Əlaqədar

Bir əsrdən çox yaşayan qadın sirrini açdı: Alkoqol və kef məclisi...
Bir əsrdən çox yaşamış nənənin həyat sirri
Teqlər:
vəfat, Siyəzən rayonu, Şimal bölgəsi, seçici, yaşlı qadın

Əsas mövzular