Polşa səfirliyi azərbaycanlılara müraciət edir

© AFP 2024 / JANEK SKARZYNSKIВид на центр Варшавы и Свентокшиский мост через реку Вислу, 18 марта 2012 года
Вид на центр Варшавы и Свентокшиский мост через реку Вислу, 18 марта 2012 года - Sputnik Azərbaycan
Abunə olmaq
Səfirlik belə hallarda polisə müraciət etməyə çağırıb

BAKI, 14 yanvar — Sputnik. Polşa Respublikasının Bakıdakı Səfirliyi bildirir ki, heç bir şirkət və ya şəxsin Polşa Respublikasının Bakıdakı Səfirliyinin elektron konsulluq sistemində viza ərizəsi verməklə bağlı qeydiyyatdan keçmək üçün hər hansı ödəniş haqqı götürməyə hüququ yoxdur.

Bu barədə Sputnik Azərbaycan-a Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytından mümkündür: "Viza sistemində yerləri sifariş etməklə, sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur.

Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığı üçün bütün bu tip hallar, Polşa vizasını almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycan Respublikasındakı vətəndaşları tərəfindən polisə bildirilməlidir".

Xəbər lenti
0