18:26 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Tbilisidə təcili tibbi yardım maşını

Gürcüstanda azərbaycanlılar vurulub, ölən və yaralananlar var

© Sputnik / Alexander Imedashvili
XƏBƏRLƏR
Qısa URL
103 0 0

Sürücü 4 -7 il müddəinə azadlıqdan məhrum edilə bilər

BAKI, 9 yanvar — Sputnik. Tbilisidə təcili tibbi yardım maşını Çavçavadze prospektində işçiləri vurub. Sputnik Gürcüstan "Rustavi2" telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanların azərbaycanlılar olduğu bildirilir.

Qəza nəticəsində 12 nəfər yaralanıb, onlardan biri ölüb. Xəsarət alanlar arasında həm işçilər, həm də təcili tibbi yardımın personalı da var.

İlkin ehtimallara görə, sürücü sükan arxasında yatıb, maşın yolun hərəkət hissəsindən çıxaraq işçiləri vurub. İnsident işçilərin tikilən obyektin qarşısında toplaşdığı vaxt baş verib. Təcili tibbi yardım maşını xəstə aparırmış.

Faktla bağlı cinayət işi başladılıb. Sürücü 4 -7 il müddəinə azadlıqdan məhrum edilə bilər.

 

Əlaqədar

Abşeronda qəza: Böyük bir ərazi işıqsız qaldı
Rusiyada şaxtada qəza olub, 9 mədənçi ölüb – VİDEO
Bərdədə ağır qəza: Avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı
Bir gündə 2 avtomobil qaçırıb qəza törətdi
Teqlər:
yaralı, ölü, qəza, Gürcüstan, azərbaycanlı

Əsas mövzular