02:13 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Yağışlı hava

Sabahın hava proqnozu

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
211 0 0

Ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir

BAKI, 2 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata istinadən xəbər verir ki, mülayim cənub küləyi əsəcək.

Quba və Xızı rayonlarına qar yağıb
© Sputnik / Leyla Abdullayeva

Havanın temperaturu Abşeronda gecə 3-5°, gündüz 7-10° isti, Bakıda gecə 3-5°, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz Naxçıvan Muxtar Respublikasında və bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Əlaqədar

Yanvar ayı üçün hava proqnozu
Soyuq hava infarkt riskini artırır
Teqlər:
yağış, hava şəraiti, Abşeron yarımadası, Bakı

Əsas mövzular