16:00 20 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9143
Bakı dənizkənarı bulvar

Bulvar İdarəsi yeni layihəyə başlayır

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir

BAKI, 27 dekabr — Sputnik. Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır. Bu barədə Sputnik Azərbaycan-a Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib. 

O bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək.

"Yeni il gəlir" adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. Konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür" - deyə G.Yelmarqızı vurğulayıb.

Qeyd edək ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq.

Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.

Əlaqədar

Dənizkənarı Bulvar İdarəsinin işində ciddi pozuntular tapılıb
Dənizkənarı Bulvar İdarəsi özünə istədiyi qədər avtomobil ala bilər - RƏSMİ
Dənizkənarı Bulvar idarəsinə təyinat
Teqlər:
konsert, yeni il, layihə, Park Bulvar

Əsas mövzular