20:19 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

Rusiya səfirindən ermənilərə sərt cavab

© Photo: Ermənistan baş nazirinin rəsmi saytı
XƏBƏRLƏR
Qısa URL
457 0 0

Bütün istiqamətlər üzrə əlaqələr məhz bu cür qurulur

BAKI, 18 dekabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən hər hansı birinin ərazisindən xarici ölkəyə məxsus hərbi kontingentin yerləşdirilməsi planlaşdırılırsa bunu təşkilata üzv digər ölkələrlə müzakirə etməlidir. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan ərazisində Rusiya istisna olmaqla digər xarici ölkənin hərbi kontingentinin yerləşdirilməsinin qadağan edilməsi haqqında sazişin hazırlanmasına dair sualı cavablandırarkən bildirib.

Diplomatik missiyanın rəhbərinin sözlərinə görə, təşkilata üzv bütün ölkələr arasında bu məsələyə dair anlayış və həmrəylik var: "Heç kim heç nəyi qadağan etmir. Söhbət iki suveren və bərabərhüquqlu dövlətdən gedir. Hər iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələr məhz bu cür qurulur".

Əsas mövzular