05:29 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Misir ehramları

Misirdə qədim məmurun türbəsi tapılıb

© AP Photo / Hassan Ammar
XƏBƏRLƏR
Qısa URL
100 0 0

Tapıntının araşdırılması davam edir.

BAKI, 16 dekabr — Sputnik. Misirdə qədim bir məmurun toxunulmamış türbəsi tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, türbə Misir arxeoloqları tərəfindən aşkar edilib.

Tapıntının yaşı eramızdan əvvəl 3-cü minilliyə aiddir.

Qeyri-adi tapıntı haqqında Qədim Misir abidələri naziri Xəlal Əl-Annani məlumat verib. Onun sözlərinə görə, türbə Qahirə yaxınlığında Saqqara nekropolunda tapılıb.

Məlumata görə, bu bizim eradan əvvəl 2504-2347-ci illərdə (qədim Misirin fironlarının beşinci sülaləsi) yaşayan yüksək rütbəli Misir rəsmisi üçün nəzərdə tutulub.

Arxeoloqlar türbəni 2018-ci ilin qazıntı mövsümünün ən görkəmli və əhəmiyyətli tapıntılarından biri hesab edir. Türbə talan edilməyib, heykəlləri qorunub və rəngli divar rəsmlərinə malikdir. Tapıntının araşdırılması davam edir.

Əsas mövzular